Xidmət

Tibbi tullantıların daşınması və utilizasiyası

Zəhərli tibbi tullantıların təhlükəsiz toplanması, daşınması və utilizasiyasını təklif edirik. Tibbi tullantıların utilizasiyası böyük problemdir və bütün standartlara və təhlükəsizlik tədbirlərinə riayət edilməsini tələb edən çox mürəkkəb prosesdir.

Sərnişin daşınması

Bakı və Bakıətrafı ərazilərdə, o, cümlədən Azərbaycanın Qarabağ daxil bütün regionlarına rahat və təhlükəsiz şəkildə sərnişin daşınması həyata keçiririk. Sərinişinlərin sığortalanması sifarişçinin tələbinə görə mümkündür.

Gömrük həlləri

Biz, Gömrük Broker Xidmətləri və bütün növ nəqliyyat xidmətləri göstəririk. Şirkətimizdə çalışan yüksəkixtisaslı mütəxəssislər öz işlərinin ustalarıdır və hər bir müraciət edən müştəriyə onun iri şirkət və ya fərdi sahibkar olmasından asılı olmayaraq xüsusi diqqət göstərirlər.

Hava ilə daşıma

Yük və bağlamalarınızı əldən təslim alaraq dünyanın istənilən nöqtəsinə göndərmək və birbaşa qapıya çatdırmaq bizim işimizdir. PELIKAN ən uyğun şərtlərlə sizin üçün ən yaxşı xidməti təmin edəcəkdir. Daşıma sektorunda mövcudluğumuz və etdiyimiz işlər, sizə sürətli və təhlükəsiz xidmətlər təqdim edəcəyimizə zəmanətdir.

Çevik kuryer

Azərbaycan Respublikası daxili poçt daşınma xidmətindən əlavə, müştərilər üçün dünyanın istənilən nöqtəsinə Beynəlxalq ekspres poçt va yük göndərişlərinin çatdırılması xidmətini yerinə yetirir.

Dəmiryolu ilə daşınma

İnkişaf etmiş qərb dünyasının əsas nəqliyyat modellərindən ən əhəmiyyətlisi olan dəmir yolu nəqliyyatı, etibarlılığı səbəbiylə son illərdə diqqəti daha çox cəlb edən, insan asılılığını minimuma endirən bir nəqliyyat modelidir.

Dəniz ilə daşınma

"Pelican Service" MMC olaraq sizlərə dəniz yolu logistika xidməti təklif edir. Dəniz yolu daşıması üçün bağlama daşınmasından konteyner yüklərinə, eləcə də xüsusi avadanlıqlar və böyük ölçülü yüklərə qədər demək olar ki, istənilən daşımanı həyata keçiririk.

Təhlükəli tullantıların daşınması və utilizasiyası

Müəssisəmiz Respublika ərazisində formalaşan, ətraf mühit və insan sağlamlığı üçün təhlükə yarada biləcək tullantıların zərərsizləşdirilməsi, daşınması və utilizasiya edilməsi işlərini həyata keçirməkdədir.

Quru yolu ilə beynəlxalq və ölkədaxili daşınma

Beynəlxalq yük daşımalarının avtomobil yolu ilə daha keyfiyyətli, təhlükəsiz və qısa müddətdə daşınmasını təmin edirik. Bundan başqa Poti və ya Batumi limanına gələn konteynerlərin də daşınmasını təhlükəsiz və operativ olaraq təşkil edirik.