Xəbər

Tibbi tullantıların utilizasiyası xidmətini həyata keçirməyə başladıq

Şirkətimiz tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətini təklif edir. Tibbi tullantıların daşınması üçün. Tibbi tullantıların daşınması üçün FHN -dən və İqtisadiyyat nazirliyindən müvafiq şəhadətnamə və lisenziyamız mövcuddur. Tibbi tullantıların utilizasiyası üçün Ekologiya və Təbii Sərvətlər nazirliyinin müvafiq ekoloji təhlükəsizlik rəyi alınıb. Xidmət göstərdiyimiz sahələr: Klinikalar Stomotoloji Mərkəzlər, Ambulator Mərkəzlər Gözəllik və Kosmetoloji Mərkəzlər İstifadə müddəti bitmiş dərmanların utilizasiyası ilə bağlı da müraciət edə bilərsiniz

Təhlükəli tullantıların müvafiq növ nəqliyyat vasitəsilə daşınmasını həyata keçirəcəyik

Şirkət 2022–ci il 22 mart təhlükəli tullantılar və istehsalat tullantılarının daşınması tenderinin qalibi olmuşdur. “Pelican Service” MMC tullantıların müvafiq növ nəqliyyat vasitəsində daşınması, yükləmə və boşaltma işlərinin yerinə yetirilməsinə və ekoloji təhlükəsizliyin təmin olunması qaydalarına riayət edərək layihəni uğurla davam etdirir.

Bakı şəhərsalma və arxitektura komitəsi ilə əməkdaşlığa start verdik

"Pelican Service MMC" Bakı şəhərsalma və arxitektura komitəsinə çevik kuryer xidmətləri göstərilməsi üçün əməkdaşlığa başladı. Siz də, nümayəndəsi olduğunuz müsəssisə üçün bizim xidmətlərdən faydalanmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə üçün: (051) 205 5054

Regionun ən nəhəng dəmir filizi yataqları kompleksinə sərnişin daşımasını həyata keçirməyə başladıq

Daşkəsən rayonunda yerləşən, regionun ən nəhəng dəmir filizi yataqları kompleksinə sərnişin daşımasının həyata keçirilməsi üçün keçirilən tenderinin qalibi olduq. Hazırda şirkət layihə çərçivəsində öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirməkdədir.

6 ədəd pikap tipli avtomobili istifadə üçün təmin etmişdir

“Pelican Service” MMC 2022 - ci il 6 yanvarda “AzerGold” QSC tərəfindən keçirilən tenderdə qalib olaraq 6 ədəd pikap (pickup) tipli avtomobili istifadə üçün təmin etmişdir. Layihə hələ də davam etməkdədir.